Xəbər lenti

Jurnalistin xəsarət aldığı qəza ilə bağlı rəsmi məlumat
Ölkə09:55 17.10.2014

Jurnalistin xəsarət aldığı qəza ilə bağlı rəsmi məlumat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər Baş Polis İdarəsi bu gecə Binəqədi rayonunda baş verən avtomobil qəzası ilə bağlı məlumat yayıb. 

İdarədən ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, oktyabrın 16-sı saat 23:50-də Binəqədi rayonu, Cavadxan küçəsində 1981-ci il təvəllüdlü Rəşad Kərimovun idarə etdiyi “Grand Cerokki” və 1975-ci il təvəllüdlü Sevil Abbasovanın idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində S.Abbasova hadisə yerində ölüb. Sərnişinləri və digər sürücü isə KTM-ə yerləşdirilib.

Qeyd edək ki, yaralılar arasında tanınmış yazıçı-publisist Pərviz Cəbrayılın qardaşı Nahid Cəbrayıl da var.

Qaynar.info