Xəbər lenti

Jurnalistlər İlqar Məmmədovla görüş tələb edir
Ölkə11:17 15.08.2015

Jurnalistlər İlqar Məmmədovla görüş tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir qrup jurnalist REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşmək üçün 2 saylı cəzaçəkmə müəssisəsinin qarşısına toplanıb. Jurnalistlər bununla bağlı qurum rəhbərliyinə müraciət ediblər. Cəzaçəkmə müəssisəsindən deyiblər ki, hazırda nahar fasiləsidir, az sonra məlumat veriləcək.
"Azadlıq Radiosu"nun məlumatına görə, cəzaçəkmə müəssisəsinin rəis əvəzi Ədalət Cəbrayılzadə jurnalistlərlə görüşüb. O, İlqar Məmmədovun karsa salınması xəbərini təkzib edib. Məhbusla bağlı vəziyyətin normal olduğunu bildirib.
Jurnalist Aynur İmranova deyib ki, artıq neçənci dəfədir 2 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbusların üzləşdiyi problemlər haqda müxtəlif xəbərlər yayılır: "İlqar Məmmədovun döyülməsi, Məmməd Əzimovla bağlı xəbərlər gəlir. Dünən İlqar Məmmədov bildirdi ki, onun həyatına təhlükə var, təhdid edilir. Bundan az sonra onun karsa salınması xəbəri çıxdı. Onun yaydığı bəyanatda rəis müavini tərəfindən təhqir edildiyi də vurğulanırdı. Ona görə də biz jurnalistlər bura - 2 saylı cəzaçəkmə müəssisəsinə gəlib rəhbərlikdən siyasi məhbuslara qarşı "əlahiddə münasibət"in, təzyiqlərin səbəbini öyrənməyə qərar verdik. Sənədlərimizi götürüblər. Bizə açıqlama verəcəklərinə söz veriblər".
Qaynar.info