Xəbər lenti

“Kaddeh” restoranın inzibatçısı Veli Hakkı barəsində qərar verildi
Ölkə13:31 15.02.2023

“Kaddeh” restoranın inzibatçısı Veli Hakkı barəsində qərar verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda türkiyəli iş adamı, "Kaddeh” restoranda inzibatçı vəzifəsində çalışan Veli Hakı barəsində məhkəmə qərar verib. 
Qaynarinfo-nun məlumatına görə, Veli Hakkı Antalyada şərikli restoran qurmaq adı ilə Bakıda iş adamından 35 min avro alıb. O, pulu geri qaytarmadığına görə məhkəmə həbsinə qərar verib.
Veli Hakkı məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək detib ki, Türkiyə vətəndaşıdır, daimi olaraq Azərbaycanda yaşayır. 2020-ci ildən indiyənə qədər "Kaddeh” adlı restoranda inzibatçı vəzifəsində işləyir, rəsmi olaraq 250 manat maaş alır, lakin ilin fəslindən asılı olaraq hər ay 4000 manat, yay aylarında isə daha artıq məbləğdə pul qazanır. Zərərçəkmiş şəxs Səxavətlə 70000 manat nəzərdə tutulan borc müqaviləsi bağalayıb. Həmin vaxt pandemiya səbəbindən onun işləri zəyifləyib və pulu Səxavətə ödəyə bilməyib. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tədbiq edilib. 
Veli Hakkı bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə uyğun olaraq sözügedən məbləğdən 30000 manat ödəyib. Restoranda inzibatçı işləyərək pul qazanmasına baxmayaraq, ailəsi ilə bağlı müəyyən xərcləri olduğu üçün qətnamənin icrasını tam həyata keçirə bilmir. Yəni qətnaməni qərəzli olaraq deyil, sadəcə maddi imkanı olmadığı üçün icra etmir.
Türkiyə vətəndaşı yekun olaraq himayəsində 2 azyaşlı uşağının olmasını, qətnamənin qalan hissəsinin icra edə bilməsi üçün işləməli olmasını nəzərə alaraq, məhkəmə tərəfindən ona cəza təyin edilməməsini xahiş edib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Səxavət ifadəsində göstərib ki, Veli Hakkı uzun müddətdir "Kaddeh” restoranında inzibatçı vəzifəsində işləməklə kifayət qədər maddi imkana malikdir. O hesab edir ki, Veli Hakkı qətnamə qəbul olunan gündən indiyə qədər aldığı maaşdan hissə-hissə ona ödəniş etsə, borcunu ödəmiş olardı. 
Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla cəza təyin edilib.
Əhməd