
Məşhur Hollivud ulduzu Stiven Siqal dünən Çeçenistanda prezident Ramzan Kadırovun qonağı olub.
Qaynar.info-nun məlumatına görə, Kadırov İnstaqram vasitəsilə, "Bu gün məmləkətimizə məşhur amerikalı aktyor, ssenarist, rejissor və döyüş sənəti ustası Stiven Siqal gəldi. Qonağımızı iqamətgaha dəvət etdim. Bir az söhbət etdik" yazıb.
Siqalın filmlərini sevdiyini etiraf edən Kadırov, "İradə gücü, şərəf, çətinlikləri keçmək - bunlar çeçenlərə məxsus xüsusiyyətlərdir. Bunları stivendə tez-tez görürük. Onun çeçen olduğunu söyləyə bilərik" yazıb.
Qaynar.info