Xəbər lenti

Dünya 18:33 27.07.2023

Kadırovun kürəkəni Çeçenistanın kənd təsərrüfatı naziri oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Visxan Matsuevin əri Çeçenistan hökumətinin baş nazirinin müavini və respublikanın kənd təsərrüfatı naziri təyin edilib.

Qaynarinfo xəbər verir ki, Çeçenistan lideri bu barədə öz "Telegram" kanalında məlumat verib.

"Visxan Matsuev Çeçenistan Respublikası Hökuməti sədrinin müavini - Çeçenistan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib", deyə Kadırov bildirib.

Visxat Matsuev Çeçenistan rəhbərinin qardaşı oğlu, əvvəllər Rusiya prezidenti Vladimir Putin tərəfindən "Danone Russia" şirkətinin rəhbəri təyin edilmiş İbrahim (Yakub) Zakriyevi əvəz edib.

Visxat Matsuev yeni vəzifəyə təyin olunana qədər əmlak və torpaq münasibətləri naziri vəzifəsində çalışıb. Bundan əvvəl o, Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə miqrasiya idarəsinin rəisi olub. Atası Zelimxan Matsuev isə Ramzan Kadırovun dostu və mühafizəçisi olub. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->