"Ayaks" və Kamerun millisinin qapıçısı Andre Onana avtomobil qəzası keçirib.
Qaynarinfo Afrika mətbuatına istinadən xəbər verir ki, hadisə Yaounde - Douala şossesində baş verib.
O, dünya çempionatının seçmə mərhələsində Əlcəzairə qarşı keçirəcəkləri matç üçün məşqə gedərkən komanda yoldaşları ilə görüşmək istəyirmiş. Əldə edilən məlumatlarda Onananın sağlam və təhlükəsiz olduğu bildirilib. Lakin qəzaya düşən avtomobillər zədələnərək yararsız hala düşüb. Başqa heç bir itki qeydə alınmayıb.
Səbuhi Həsənov