Xəbər lenti

Kamran Ağayevin məşqçisi portuqaliyalı oldu
İdman13:50 11.10.2016

Kamran Ağayevin məşqçisi portuqaliyalı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun yeni baş məşqçisi müəyyənləşib. 

Qaynarinfo.Az saytının məlumatına görə, onların formasını geyindiyi Portuqaliyanın “Boavişta” klubu bu dəfə yerli mütəxəssislə anlaşıb.

Uğursuz çıxışdan sonra boliviyalı Ervin Sançeslə yollarını ayıran “Boavişta” Miqel Lealla ortaq məxrəcə gəlib. Son klubu “Moreyrense” olan yeni çalışdırıcı mövsümün sonuna qədər “Boavişta”nın “sükanı arxası”nda olacaq.

Qeyd edək ki, 1999-cu ildən məşqçiliklə məşğul olan 51 yaşlı Miqel Leal 2012-ci ildən baş məşqçi kimi fəaliyyət göstərir. Onun baş məşqçi kimi yüksək liqa təcrübəsi elə də zəngin deyil.

Qaynarinfo.Az