Xəbər lenti

Kamran Ağayevin sabiq komanda yoldaşı jurnalisti söydü
İdman12:11 10.10.2016

Kamran Ağayevin sabiq komanda yoldaşı jurnalisti söydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə II dəstəsində Mahir Şükürov və Kamran Ağayevin sabiq klubları olan "Karşıyaka"nın ehtiyat qapıçısı Behram Zülaloğlu onu tənqid edən jurnalist Dəniz Biriciyi təhqir edib.

Qaynarinfo.Az xəbər verir ki, "Karşıyaka"nın "Aydınspor 1923"ə 3:4 uduzduğu matçın fasiləsində Zülaloğlu "Habertürk"ün müxbirini vurmaq istəyib. Belə ki, "Tvitter"də tənqid olunduğu üçün Bəhram jurnalistə əvvəlcə söyüb, sonra isə onun üzərinə gedib. 

Zülaloğlunu komanda yoldaşları ordan uzaqlaşdırıb. Dəniz Biricik isə II hissədə stadiondan ayrılıb.

Qeyd edək ki, hazırda Portuqaliyanın "Boavişta" klubunda çıxış edən Kamran Ağayev ötən mövsümün ilk 6 ayı ərzində Bəhram Zülaloğlu ilə "Karşıyaka"da komanda yoldaşı olub.

Qaynarinfo.Az