Xəbər lenti

Kanada 13,6 milyon AstraZeneca Covid peyvəndini məhv edəcək
Dünya08:25 06.07.2022

Kanada 13,6 milyon AstraZeneca Covid peyvəndini məhv edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanada təxminən 13,6 milyon doza Oxford-AstraZeneca Covid-19 peyvəndini çölə atacaq.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə Kanada səhiyyə rəsmiləri bildirib.
Kanada təxminən 13,6 milyon doza AstraZeneca Covid-19 peyvəndinə nə evdə, nə də xaricdə heç bir alıcı tapa bilməyib.
Kanada 2020-ci ildə AstraZeneca ilə peyvəndin 20 milyon dozasını almaq üçün müqavilə imzalayıb və 2.3 milyon kanadalı, əsasən, 2021-ci ilin mart və iyun ayları arasında ən azı bir doza peyvənd alıb. 2021-ci ildə AstraZeneca peyvəndinin səbəb olduğu nadir, lakin potensial ölümcül qan laxtalanmaları ilə bağlı narahatlıqlardan sonra Kanada Pfizer və Moderna vaksinlərindən stifadə etməyə başladı.
Bir çox Avropa ölkələrində yeni Covid infeksiyalarında əhəmiyyətli artım yaşandığı bir vaxtda ölkədə 13 milyon vaksin yararsız hala düşüb.
2021-ci ilin iyul ayında Kanada, əldə etdiyi tədarükün qalan hissəsini, təxminən 17,7 milyon dozanı bağışlamaq niyyətində idi. Ancaq Kanada Səhiyyə Təşkilatı, bu vədi yerinə yetirmək səylərinə baxmayaraq, 13.6 milyon dozanın müddəti bitdiyini və atılmalı olacağını deyib.
Nurlan Hüseynov