
Kanada hökuməti Azərbaycanda seçki müşahidəçiliyi həyata keçirən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs edilməsindən narahatçılıq keçirib.
Kanadanın Beynəlxalq İnsan hüquqları və Xarici İşlər Nazirliyinin Parlament katibi, cənab Deepak Obhrainin bu gün yaydığı bəyanatda deyilir: “Kanada hökuməti qanunsuz sahibkarlıq ittihamlarına görə Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin saxlanması və həbsi ilə bağlı narahatçılıq keçirib. Biz, Azərbaycan hökumətini hüquqi proses davam edən müddətdə cənab Məmmədlini azadlığa buraxmağa çağırırıq.
Həmçinin, Kanada hökuməti beynəlxalq insan hüquqları qanunu çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan hökumətini cənab Məmmədlinin hüquqlarına tam şəkildə hörmət etməsini istəyir”.
Qaynar.info