Xəbər lenti

Karantin rejimi nə vaxt ləğv olunacaq? - Vüqar Qurbanovdan açıqlama
Ölkə 16:10 17.06.2023

Karantin rejimi nə vaxt ləğv olunacaq? - Vüqar Qurbanovdan açıqlama

TƏBİB-in icraçı diretoru Vüqar Qurbanov karantin rejimi ilə bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, Vüqar Qurbanov karantin rejiminin ləğvinin Nazirlər Kabinetinin qərarından aslı olduğunu bildirib. 

"COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejimi davam edir. Buna uyğun olaraq tibb müəssisəsində koronavirus xəstələrinin müalicəsi aparılır. Stasionar və ya ambulator şəkildə müalicə alan xəstələrə yardımlar göstərilir. Karantin rejiminin ləğv edilməsi Nazirlər Kabinetinin qərarından aslıdır. Nazirlər Kabineti qərar qəbul etdikdə ölkəmizdə də karantin rejimi olmayacaq", deyə Vüqar Qurbanov bildirib.

Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı əksər məhdudiyyətlər ləğv olunsa da, quru sərhədləri hələ də bağlıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->