Bu gün "Bakı-2015" I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulub. Qaynar.info xəbər verir ki, son gündə 6 dəst medal sahibini tapıb.
İlk gündə Azərbaycan millisinin aktivinə 2 qızıl və 2 bürünc medal yazdıran karateçilərimiz bu gün medal sayını artırıb. Belə ki, Ayxan Mamayevlə İrina Zaretska qızıl medala sahib çıxıb. İlk gündə Firdovsi Fərzəliyev və Rafael Ağayev qızıl, Niyazi Əliyev və İlahə Qasımova bürünc medal qazanmışdı.
Qaynar.info