Xəbər lenti

Karateçilərimiz Slovakiyadan 3 medalla dönür
İdman09:00 28.03.2022

Karateçilərimiz Slovakiyadan 3 medalla dönür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək qızlar və böyüklərdən ibarət milli komandanın üzvləri Slovakiyanın paytaxtı Bratislavada 42-ci Qran Pri turinindən üç mükafatla dönür.
Karate Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Xumar Əlibəyova (-50 kq) 21 yaşadək qızlar və böyüklər arasında, İlahə Qasımova (-55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olub. İrina Zaretska (-68 kq) bürünc medal görüşündə qələbəni əldən verib. 
Bratislavada Qran Pri turnirində qadınların baş məşqçisi Denis Morozov və yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə 10 idmançımız iştirak edib.
Mötəbər yarışa 30 ölkədən 1975 karateçi qatılıb.
Səbuhi Həsənov