Xəbər lenti

Karateçimiz Ukrayna ordusuna yardım edəcək
İdman08:20 26.04.2022

Karateçimiz Ukrayna ordusuna yardım edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan karateçisi İrina Zaretska Ukrayna ordusuna yardım edəcək.
Qaynarinfo xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən karateçi Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı məbləği orduya bağışlamaq qərarına gəlib. O, bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına açıqlamasında bildirib: "Bu turnirdə nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmışam. Mən həm də doğulduğum Ukrayna üçün döyüşmüşəm. Buna görə də burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək üçün verəcəyəm".
Yarışın finalında italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal qazanan Zaretskaya 500 avro mükafat təqdim edilib.
Səbuhi Həsənov