Xəbər lenti

Karib dənizində 7,6 bal gücündə zəlzələ: sunami xəbərdarlığı edildi
Dünya06:00 10.01.2018

Karib dənizində 7,6 bal gücündə zəlzələ: sunami xəbərdarlığı edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Karib dənizində 7,6 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi bu barədə məlumat yayıb. 
Honduras və Kayman Adalarında meydana gələn zəlzələ Meksika, Nikaraqua, Quatemala, El Salvador, Kuba, Belize, Yamayka kimi ölkələrdə də hiss edilib. 
Karib dənizi sahilində yerləşən ölkələr üçün sunami xəbərdarlığı verən Sakit okean Sunami Mərkəzi daha sonra bu qərarı ləğv edib.
Qeyd edək ki, ərazidə sonuncu güclü zəlzələ ötən ilin sentyabrında Meksikada baş vermiş, təbii fəlakət 200-dən çox insanın ölümü ilə nəticələnmişdi.
Gülşən