"Kayrat"ın sabiq müdafiəçisi Sergey Politeviç UEFA Konfrans Liqasının qrup mərhələsinin "Kayrat" - "Qarabağ" oyunu üçün proqnozunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Astana təmsilçisinin keçmiş üzvü Qazaxıstan mətbuatına bunları söyləyib:
"Kayrat"ın qrupdan çıxmaq üçün son şansıdır. Uşaqların motivasiyası böyük olacaq. Düşünürəm ki, hesab "quru" olacaq. Çünki "Qarabağ” üçün heç-heçə yaxşı nəticə sayılacaq.
Futbolçular növbəti mövsümdə də komandada qalmaq üçün riskə getməli və bu səviyyəyə təsadüfən gəlib çattmadıqlarını sübut etməlidirlər. Mətbuatda yayılan xəbərlərdə heyətdə dəyişiklik olacağı deyilir. "Qarabağ”ın riskə getməsinin heç bir mənası yoxdur. Onlar nəticə üçün oynayacaqlar. Axı çətin səfər matçı olacaq onlar üçün.
"Kayrat” qisas almağa layiqdir. İlk görüşə baxdım. Ümumiyyətlə, "Qarabağ”la oyun gərgin keçsə də, "Kayrat” məğlubiyyətə layiq deyildi. İndi düşünürəm ki, ya heç-heçə olacaq, ya da "Kayrat” qalib gələcək. Şanslar bərabərdir".
Səbuhi Həsənov