Xəbər lenti

Kəbə barədə İŞİD-in yeni bəyanatı
Dünya05:44 02.07.2014

Kəbə barədə İŞİD-in yeni bəyanatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İraq və Şam İslam Dövləti” (İŞİD) Kəbəni dağıdacağı ilə bağlı qərara açıqlama gətirib.

ANS PRESS-in məlumatına görə, "Twitter" mikro-bloqunda açılan hesablardan birində özünü İŞİD üzvü kimi təqdim edən bir nəfər iki gün öncə terror qruplşamasının Səudiyyə Ərəbistanını fəth edərək Kəbəni dağıdacaqlarını açıqlamışdı.

Ötən gün isə "Twitter"-də İŞİD terror qruplaşmasının "İslam dövləti" (الدولة الإسلامية) adlı hesabında Kəbəni dağıtmaqla bağlı qərarın verilməsinin doğru məlumat olmadığını və həmin məlumatı yayan şəxsin isə hansısa bir saxtakar sosial şəbəkə istifadəçisi olduğu bildirilib.

İŞİD-in açıqlamasında, "İslam Dövlətini təmsil edən belə bir hesab yoxdur və bu sözlər böhtandır", deyərək tərəfdarlarını həmin hesabı "spam etmə"yə çağırıb. Həmin hesab hazırda deaktiv edilib.

Xatırladaq ki, iki gün öncə Əbu Turab əl-Müqəddəsi təşkilat nümayəndələrindən biri Kəbəni dağıdacağı ilə bağlı qərar qəbul etdiklərini açıqlamışdı.

Qaynar.info