
Müğənni Emre Altuğ keçmiş həyat yoldaşı, aparıcı-model Çağla Şikelə qiymətli hədiyyə bağışlayıb.
Alış-veriş zamanı görüntülənən Çağla yeni boyunbağısı ilə diqqət çəkib. O, aksesuarın Emrenin bu yaxınlarda vəfat edən anası Gülçin Altuğa aid olduğunu bildirib:
“Bu, Emrenin anasınındır. Ölümündən sonra Emre mənim boynumda qalmasını istədi”.
Çağla yenidən ana olmaq istəməsindən də danışıb:
“Mənə qız uşağını daha çox yaraşdırırlar. Amma onu indi dünyaya gətirsəm, yaraşıqlılar (oğullarını nəzərdə tutur – red.) onun başını əzərlər”. (axşam.az)
Qaynar.info



