
İraqda keçmiş millət vəkili Əhməd əl-Əlvaninin məhkəmə prosesi başa çatıb. Qaynar.info xəbər verir ki, keçmiş baş nazir Nuri əl-Malikiyə müxalifətdə olan deputata edam cəzası verilib.
Malikiyə qarşı etiraz aksiyalarına dəstək verməsi ilə tanınan Əhməd əl-Əlvanini "qəsdən adam öldürmə" maddəsi ilə günahkar bilinib.
Qeyd edək ki, Əhməd əl-Əlvanini ötən ilin 28 dekabrında Enbardakı evinə həbs olunmuşdu. Bu zaman tərəflər arasında gərginlik yaranmış və millət vəkilinin qardaşı ilə mühafizəçiləri öldürülmüşdü. Bundan sonra bölgədə vəziyyət gərginləşmiş, sünni tayfaların nümayəndəsi olan polislər bir yerə toplaşaraq "Aşirət inqilabçıları" adı verdikləri silahlı qruplaşmalar yaratmışdılar. Daha sonra isə bu qruplar İŞİD-ə dəstək vermişdi.
Qaynar.info