Böyük Britaniyanın sabiq xarici işlər naziri, hazırda iqtidardakı Mühafizəkar Partiyası liderliyinə namizəd Boris Conson məhkəməyə çağırılıb.
"The Guardian” xəbər verir ki, biznesmen Markus Boll məhkəmədə Conson barədə iddia qaldırıb.
Onun sözlərinə görə, B.Conson ölkənin Avropa İttifaqı üzvlüyündən çıxmaqla həftəlik 350 milyon funt sterlinq vəsaitə qənaət edəcəyi barədə fikirlər bildirərək əhalidə çaşqınlıq yaradıb, halbuki Böyük Britaniya Avropa İttifaqına heç vaxt bu qədər vəsait ödəməyib.
Hakim Marqot Kolman faktın üç qanun pozuntusu kimi qəbul etməyin mümkünlüyünü vurğulayıb.