Xəbər lenti

Keçmiş polis həyat yoldaşını boğaraq öldürüb - Dəhşətli qətl
Ölkə16:38 02.05.2014

Keçmiş polis həyat yoldaşını boğaraq öldürüb - Dəhşətli qətl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda dəhşətli qətl hadisəsi törədilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün, H.Zərdabi küçəsi, 71, mənzil 176-da qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq öldürüb.

Hadisəyə ailəyə daxili münaqişə səbəb olub. Dilavər Əhmədov könüllü olaraq  polisə təslim olub. Faktla bağlı Yasamal rayon prokurorluğu istintaq aparır.

D.Əhmədovun keçmiş polis işçisi olduğu bildirilir.

Qaynar.info