Xəbər lenti

Keçmiş “Sovetski” ərazisində nə tikiləcək? – AÇIQLAMA
Ekonomiks09:21 14.07.2014

Keçmiş “Sovetski” ərazisində nə tikiləcək? – AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın N.Nərimanov prospektinin (keçmiş “Sovetski” küçəsi) yenidənqurma planında yolun genişləndirilməsi və bu ərazidə idman meydançasının salınması nəzərdə tutulur.

Qaynar.info SalamNews-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib.

O bildirib ki, bu ərazini abadlaşdırmaq, inkişaf etdirmək imkanı hər zaman məhdud olub. Buna səbəb, ərazinin sıx evlərdən ibarət olması və yamacvari olmasıdır:

“Plana uyğun olaraq evlər söküləcək. Lakin, tarixi memarlıq abidələrinin heç birinə toxunulmayacaq”.

Qaynar.info