Xəbər lenti

Keçmiş SSRİ ölkələrində nə qədər rus yaşayır? - SİYAHI
Ölkə12:48 05.06.2014

Keçmiş SSRİ ölkələrində nə qədər rus yaşayır? - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Media forum” saytı rəsmi və qeyri-rəsmi mənbələrdən yararlanaraq keçmiş SSRİ ölkələrində nə qədər rus yaşadığına dair qısa arayış hazırlayıb. 

2010-cu ilin məlumatına görə, Rusiyanın özündə 111 milyondan çox rus yaşayır. Digər ölkələr üzrə göstəricilər belədir:

Ukrayna – 9 milyon 500 min (2001-ci ilin məlumatı)

Qazaxıstan – 3 milyon 700 min (2013-cü il)

Belarus – 785 min (2009-cu il)

Özbəkistan – 620 min (2005-ci il)

Moldova – 600 min (2008-ci il)

Latviya – 560 min (2011-ci il)

Qırğızıstan – 380 min (2012-ci il)

Estoniya – 342 min (2010-cu il)

Litva –  171 min (2012-ci il)

Türkmənistan ­– 142 min (2005-ci il)

Azərbaycan – 130 min (2009-cu il)

Gürcüstan – 68 min (2002-ci il)

Tacikistan – 35 min (2010-cu il)

Ermənistan – 12 min (2011-cu  il).

Qaynar.info