Xəbər lenti

Keçmiş zabit qəzada həlak oldu (FOTO)
Ölkə07:17 26.10.2024

Keçmiş zabit qəzada həlak oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 24-ü saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, 68 yaşlı Həziyev Səfəralı Məstalı oğlunun idarə etdiyi "Hyundai Elantra” markalı avtomobil taxta dolu yükü daşıyan "KamAZ”a çırpılıb.
Ağır bədən xəsarətləri alan S.Həziyev hadisə yerində ölüb.
Bildirilir ki, qəzada vəfat edən Səfəralı Həziyev əvvəllər hüquq-mühafizə orqanlarında zabit kimi çalışıb və Birinci Qarabağ müharibəsi veteranıdır.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.