Foto 12:19 24.07.2021

Kəlbəcərdə şəhid olan gizir dəfn olundu (FOTOLAR)

Dünən saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda xidmətdə olan gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

F.Yaqublu bu gün Beyləqan rayonu Qəhrəmanlı kəndində dəfn edilib.

Şəhid Fərmanın atası Telman Yaqubov da Birinci Qarabağ müharibəsi şəhididir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. T.Yaqubov Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.

Fərman Yaqublu da atası kimi 27 yaşında şəhid olub.

Gizir Yaqublu Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. /"Qafqazinfo"