
Moderator.az-ın xəbərinə görə, Kəlbəcərin işğalı zamanı erməni əsilli türk jurnalistlərindən biri rayonda olub və əsirlərlə söhbətləşmək imkanı olub. Bu video bir müddət yayımlanmasa da sonradan bəzi xarici mediada işıqlandırılıb.
Qeyd edək ki, videoda görünən ər arvad – Məmmədov Məmməd və Məmmədova Şuradır. Hər iki şəxs Kəlbəcər rayon Zar kəndinin sakinləridir. Onlar rayonun işğalı zamanı ermənilər tərəfindən əsir götürülüb. Əsirlər arasında Zar kəndindən olan Allahverdi adlı bir yaşlı kişi də görünür. Bundan başqa Həsənov İdris adlı daha bir nəfər də əsirlər arasındadır.
Onu da qeyd edək ki, bu çəkilişdə danışdırılan əsirlər məzlum, qorxaq insanlar kimi təqdim olunur ki, bu da çəkilişi aparanların erməni maraqlarına xidmət etdiyini açıq göstərir.
Qaynar.info