Xəbər lenti

Kəmaləddin Heydərov ABŞ rəsmisi ilə görüşdü
Ölkə07:18 23.05.2014

Kəmaləddin Heydərov ABŞ rəsmisi ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Daxili Təhlükəsizlik Departamenti katibinin Beynəlxalq məsələlər üzrə köməkçisi Alan Bersinini qəbul edib.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın  müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi qonağın diqqətinə çatdırılıb.

Öz növbəsində, qonaq hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qaynar.info