Nəğməkar şair Baba Vəziroğlunun yaxın vaxtlarda yeni şeirlər kitabı çapdan çıxacaq.
Bu barədə AzNews.az-a şairin özü məlumat verib.
Şair Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla (Kamal ləqəbi ilə tanınan bəstəkar) yaradıcılıq layihələrindən də söz açıb: “Əlbəttə. Layihələrimiz davam edir. Hazırda iş gedir. Layihədə kimlərin yer alacağı bilinmir”.
B.Vəziroğlu onu da bildirib ki, Kəmaləddin Heydərovla olan layihəsi və eyni zamanda “Sən oldun” adlı kitabı yeni ilin əvvəlində təqdim olunacaq.
Qeyd edək ki, “Sən oldun” kitabı CBS nəşriyyatında çapdan çıxacaq.
Qaynar.info