Xəbər lenti

Kənan Hacı hardadır? - YENİLƏNİB
Ölkə08:34 16.03.2017

Kənan Hacı hardadır? - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış şair, yazıçı Kənan Hacı yazar Mövlud Mövludun intiharından sonra sosial şəbəkədə intihar anonsu verib.
"Qaynar" xəbər verir ki, o, “Yoruldum artıq... Günahlarımın bağışlanacağına ümid edirəm... Salamat qalın!” - yazıb.
Kənan Hacı mobil telefonunu söndürdüyü üçün yaxınları onunla əlaqə saxlaya bilmir.
Qeyd edək ki, bu gün gənc yazar Mövlud Mövlud özünü yaşadığı binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.
***
Millət vəkili Qənirə Paşayeva da hadisə ilə maraqlanıb. Deputat “Qafqazinfo”ya bildirib ki, onun Yasamalda yaşadığı mənzilə gedib. Məlum olub ki, Kənan Hacı yaşadığı evində yoxdur.
Kənan Hacının həyat yoldaşı İlhamə Dağlının millət vəkilinə verdiyə məlumata görə, əri bu səhər Buzovnadakı ata evinə gedəciyini bildirib. Həmin evi isə yoldaşından başqa şəxslər tanımır. Q.Paşayeva jurnalistin həyat yoldaşı ilə bərabər Buzovnaya gedəcəyini əlavə edib.
Qaynar.Az