Xəbər lenti

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)
Ekonomiks 14:04 27.01.2025

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

"Kənd əhalisinin əkinçilikdən imtina etmə səbəbi gəlirlərinin azalmasıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O, bu faktın aqrar sektorda təsbit olunduğunu bildirib:

"Hətta rəsmi rəqəmlərə görə, gəlir aşağıdır və torpaq sahələri çox azdır. Yəni kəndlərdə yaşayan əhalinin torpağı azdır. Az torpaq sahəsində hansısa gəlirlə çalışmaq çətindir. Buna görə də bir çox insanlar öz torpaq sahələrini ya satırlar, ya da işlətmədən şəhərə köçüb başqa işlə məşğul olurlar. Təəssüf ki, bu, belədir".
 


Natiq Cəfərli vurğulayıb ki, hökumətin qəbul etdiyi aqrar sektorla bağlı proqramlarda dəyişikliklərin edilməsinə ehtiyac var:

"Ola bilər ki, subsidiyaların verilməsi praktikasında yeniliklərə ehtiyac var. Ola bilər ki, kiçik torpaq sahələri olan kəndlilərin torpaq sahələrini birləşdirib birgə müəssisələrin yaradılmasının təşviqinə ehtiyac var. Bir çox addımlar atılmalıdır ki, bu kimi tendensiyanın qarşısını almaq mümkün olsun”. 

Xatırladaq ki, Hesablama palatası kəndlərdə əkinçiliklə məşğul olan əhali ilə bağlı hesabat açıqlayıb. Sənəddə qeyd edilir ki, kənd yerlərində əkinçilikdən imtina edən işsiz əhalinin sayı 2023-cü ildə 2015-ci ilə nisbətən 36,4% artıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->