
Xəbər verdiyimiz kimi bu gün Azərbaycan ordusu 4 şəhid verib.
Nərimankənd kəndinin iki sakini şəhid olub.
Nərimankənddə şəhid gizir Pərvin Əliyevlə vida mərasimi başa çatıb və o, torpağa tapşırılıb. “Qafqazinfo” xəbər verir ki, onun dəfnində 1000-ə yaxın kənd sakini, mərhumun döyüş dostları iştirak ediblər.
Qeyd edək ki, dünən gecə cəbhədəki atışmada Biləsuvar rayonunun Nərimankənd kəndinin iki sakini şəhid olub, bir əsgər-Anar Qarayev isə ağır yaralanıb. Onun hal-hazırda hospitalda olduğu bildirilir.
***
Yas mərasimində iştirak edən “Qafqazinfo”nun rəhbəri Elbrus Ərudun verdiyi məlumata görə, şəhid olmuş kiçik gizir Rahil Hüseynov artıq torpağa tapşırılıb. Kənddə digər şəhid gizir Pərvin Əliyevlə vida mərasimi keçirilib.
“Qafqazinfo”nun yas mərasimində iştirak edən əməkdaşının sözlərinə görə, artıq şəhid gizir Rahil Hüseynovun cənazəsi doğulduğu kəndə gətirilib.
***
“Qafqazinfo” şəhid kiçik gizir Rahil Hüseynovun fotosunu təqdim edir:
Şəhidlərdən ikisi Biləsuvar rayonunun Nərimankənd kəndindəndirler. Artıq kənd sakinləri şəhidlərin nəşini qarşılamaq üçün gizirin evinin qarşısına toplaşıblar.
Qaynar.info



