Xəbər lenti

Kennedidən Zelenskiyə:
Dünya 15:30 18.02.2025

Kennedidən Zelenskiyə: "ABŞ artıq Ukraynaya pul xərcləmək istəmir"

ABŞ-ın səhiyyə və insan xidmətləri naziri Robert Kennedi (Kiçik Kennedi) Ukrayna prezidenti Volodimir Zelenskiyə açıq şəkildə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ artıq Ukrayna münaqişəsinə pul xərcləmək istəmir, ona görə də buna son qoyulmalıdır.

"Hörmətli Zelenski, Amerika xalqı sonsuz münaqişəyə səbəb olan zəhmətlə qazanılan vergi dollarlarına dözməyəcək. Biz bu əbədi müharibələrə son qoyulmasını tələb edirik. Sülh vaxtı gəldi! Əbədi maliyyələşmə sona çatdı!", deyə Kennedi yazıb.

Bundan əvvəl analitiklər Ukraynanın ABŞ-a olan bütün borclarını ödəməsinin nə qədər vaxt aparacağını hesablayırıblar. Qeyd olunur ki, 2023-cü ildə Ukrayna 4,2 milyard dollar dəyərində metal ixrac edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->