Xəbər lenti

Kepler teleskopu təqaüdə çıxmaq istəmir
Dünya07:27 08.09.2018

Kepler teleskopu təqaüdə çıxmaq istəmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fəaliyyətini başa vurması gözlənilən Kepler teleskopu təqaüdə çıxmaq niyyətində deyil.
Qaynarinfo Engadget-ə istinadən xəbər verir ki, 2009-cu ildə yeni planetlərin kəşfi məqsədilə kosmosa göndərilən Kepler teleskopunun yanacağının cüzi miqdarda qaldığı bildirilir və avqust ayında fəaliyyətini tamamilə dayandıracağı gözlənilirdi. Lakin Kepler informasiya yığaraq onu göndərməyə davam edir. Teleskop 9 illik fəaliyyətində hazırda 19-cu müşahidə missiyasını həyata keçirir. 
Qeyd edək ki, Kepleri əvəzləyəcək TESS teleskopu aprel ayında yola düşüb.
Gülşən