Ölkə 19:57 30.08.2022

Kərim Vəliyev: "Ordumuzun Türkiyə standartlarına uyğunlaşdırlması üçün zəruri addımlar atılır"

"Hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır".

Qaynarinfo xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust - Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən söyləyib.

"Ölkələrimiz arasındakı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Bu birlikdə regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir", - Baş Qərargah rəisi vurğulayıb.