
ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynanın cənub-şərqindəki vəziyyətin müzakirəsindən imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi Rusiya XİN-dəki mənbəyə istinadən yayıb.
Məlumata görə, cümə günü Amerika tərəfinin xahişi ilə Suriyadan kimyəvi məhsulların çıxarılması ilə bağlı telefon danışığı planlaşdırılıbmış. Lakin Ukraynada vəziyyətin kəskin pisləşməsi üzündən Rusiya tərəfi Suriya məsələsi ilə yanaşı, ilk növbədə Ukraynadakı vəziyyətin müzakirəsini təklif edib. Amerika tərəfi isə telefon danışığını ən azı sabahadək təxirə salıb.
Qaynar.info