Xəbər lenti

"Keşlə" 2 ildir borcunu ödəmir - Aslan İsmayılovdan həyacan təbili
İdman10:26 20.09.2021

"Keşlə" 2 ildir borcunu ödəmir - Aslan İsmayılovdan həyacan təbili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Artıq 2 ildir ki, "Keşlə” Futbol Klubu "İnter” stadionuna ("ASK Arena" – red.) 5 min 800 manat icarə pulunu ödəmir”. 
Qaynarinfo xəbər verir ki, bu haqda tanınmış vəkil Aslan İsmayılov bu gün özünün "Facebook" səhifəsindəki paylaşımında bildirib. O qeyd edib ki, buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. 
Vəkil ona olunan  müraciətlər əsasında "Keşlə" FK-nın prezidenti Zaur Axundovla bir neçə dəfə danışdığını, qarşı tərəfin borcu etiraf edərək ödəyəcəyinə dair söz verdiyini  bildirib. Lakin, borc hələ də ödənməyib. 
Aslan İsmayılov AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova bir neçə dəfə zəng etdiyini, lakin zənglərinin cavabsız qaldığını vurğulayıb. O, sms vasitəsi ilə Məmmədovu problemdən xəbərdar etsə də nəticə olmadığını qeyd edib: "Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur"
Sonda İsmayılov Baş Prokurorluğu mövzu ilə bağlı araşdırma aparmağa çağırıb.