Azərbaycan premyer liqasında 19-cu tura start verilib.
Qaynarinfo xəbər verir ki, "Keşlə" səfərdə "Səbail"in qonağı olub. "ASCO Arena"da baş tutan görüşdə "Keşlə" rəqibini 3:0 hesablı məğlubiyyətə uğradıb. Sənan Qurbanovun rəhbərlik etdiyi komandadan Pərviz Azadov (16), Rəhman Hacıyev (21) və Turan Vəlizadə (90+5) fərqlənib.
Bu qələbə ilə xallarının sayını 18-ə yüksəldən "Keşlə" 6-cı pillədə qərarlaşıb.
Turun ilk oyun günündə daha bir qarşılşama baş tutacaq. "Qarabağ" səfərdə "Sabah"ın qonağı olacaq.
Səbuhi Həsənov