Xəbər lenti

Kəşmirdə avtobusa silahlı hücum: 5 ölü
Dünya16:53 25.06.2016

Kəşmirdə avtobusa silahlı hücum: 5 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında əsgərləri daşıyan avtobusa silahlı hücum nəticəsində ən azı 5 hərbi qulluqçu həlak olub.

"Report" xəbər verir ki, bu barədə hərbçilərə istinadən "Times of India" nəşri yazıb.

Nəşrin məlumatına görə, yaraqlılar şənbə günü poliqondan gələn avtomobil karvanına hücum ediblər. Ən azı 20 hərbçi yaralanıb. Açılan cavab atəşi nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Hücum edənlərin axtarışı gedir.

Qaynarinfo.az