Xəbər lenti

Kievdə gey-parad: yaralılar var - FOTOLAR
Maqazin11:34 06.06.2015

Kievdə gey-parad: yaralılar var - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın paytaxtı Kievdə LGBT üzvlərinin paradı keçirilib. “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, gey-paradda təxminən 300 nəfər iştirak edib. 
“Bərabərlik marşı”nın iştirakçıları karnaval kostyumları geyinərək əllərində “insan haqları hər şeydən öndədir” sloqanları olan plakatlar qaldırıblar. Hadisə yerinə 2 mindən çox polis əməkdaşları cəlb edilib. 
Dinc nümayiş zamanı gey-paradın keçirilməsinin əleyhinə olan  Ukraynanın milliyyətçi “Sağ sektor” təşkilatının fəalları aksiya iştirakçılarına fişənglər atıblar. Nəticədə polis əməkdaşları arasında yaralananlar olub. Toqquşmadan sonra 25-30 radikal saxlanılıb və polis bölməsinə aparılıb. 
Qaynar.info