Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində ittiham edilən Siti Ayişə azadlığa çıxıb.
Qaynarinfo xəbər verir ki, Malayziyada həbsdə saxlanılan indoneziyalı qadın barədə iddialar aradan qalxıb və məhkəmə onun azad edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Doan Thi Huong və Siti Ayişə adlı 2 qadın 13 fevral 2017-ci ildə Kuala Lumpur hava limanında Kim Çen Nama qarşı sui-qəsddə iştirak ediblər. Hadisədən sonra qətldə "VX" zəhərli maddəsindən istifadə aşkarlanmış, lakin hər iki şəxs onlara kamera zarafatı üçün pul ödənildiyiniş, heç nədən xəbərdar olmadıqlarını bildirərək sui-qəsd ittihamlarını rədd etmişdilər.
Vyetnam vətəndaşı Doan Thi Huongun məhkəməsi 14 martda keçiriləcək.
Gülşən