Vyetnamın paytaxtı Hanoyda görüşən ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In 3 məsələdə razılığa gəlib.
Qaynarinfo xəbər verir ki, Hanoy bəyannaməsi adlı sənəd liderlər tərəfindən imzalanacaq. Razılaşmada Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi əsas mövzudur.
Donald Tramp Kim Çen Inla uzunmüddətli əməkdaşlığa ümid etdiyini, birgə fantastik uğurlara imza atacaqlarını deyib.
Qeyd edək ki, Kim və Tramp ötən gün başlayan və 2 gün davam edəcək sammit çərçivəsində görüşləri davam etdirirlər. Tərəflər bu gün 30 dəqiqə təkbətək görüşdən sonra geniş tərkibdə danışıqlara davam ediblər. Liderlərin növbəti saatlarda nahar yeməyində iştirakı gözlənilir.
Gülşən