Xəbər lenti

Kinoprodüser vəfat etdi
Sənət09:18 02.05.2016

Kinoprodüser vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın əməkdar mədəniyyət işçisi, kinoprodüser Xanlar Cəfərov vəfat edib.

Bu barədə Azərbaycan Professional Kinorejissorlar Gildiyasından məlumat verilib.

X.Cəfərov 1947-ci ildə Bakıda anadan olub.1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirib. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub.

2001-ci ildən Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub.

Kinoda ilk fəaliyyəti rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı "Nəsimi" filmində rejissor köməkçisi olub. Xanlar Cəfərov kino həyatında fəaliyyətini sənədli filmlərin prodüsseri kimi davam etdirib.//report

Qaynarinfo.az