Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət edib.
"Təcili beh göndərin, başqa müştəri gözləyir", kimi çağırışlara aldanmayın!
Qaynarinfo xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin bildirdiyinə görə hər il avqust ayının sonundan başlayaraq sentyabr ayının ilk yarısınadək bölgələrdən minlərlə tələbə paytaxt Bakıya və ölkənin digər böyük şəhərlərinə üz tutur. Təhsil almaq üçün şəhərə gələn tələbələr ilk növbədə mənzil kirayələməyə çalışırlar.
Kirayə mənzil axtaranlar isə alqı-satqı ofislərindən daha çox elan saytlarına müraciət edirlər.
Ekspertin sözlərinə görə, məhz bu dövrdə bəzi dələduzlar tələbələrin mənzil axtarışından istifadə edərək onları aldadırlar. Daha ətraflı videomaterialda:
Şərhlər