Xəbər lenti

Kirkorova görə Bakıda həbslər başladı
Ölkə11:34 13.12.2016

Kirkorova görə Bakıda həbslər başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Akif Nağı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.

Yenicag.az-a daxil olan məlumata görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hal-hazırda Bakı Şəhər Baş Polis İdarəsində 40 dəqiqədən artıqdır ki, dindirilir.

Məlumata görə, təxminən 1 saat bundan öncə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavinlərindən biri Akif Nağıya zəng edərək, onu idarəyə dəvət edib.

Digər məlumata əsasən həmin qurumun 10 nəfər üzvü Səbail Rayonu 8-ci polis bölməsində saxlanılıb. Onlardan 1-ni üzürlü səbəbdən buraxıblar.

Qeyd edək ki, təşkilatın 10 nəfər üzvünün saxlanmasına səbəb, dekabrın 10-da Filipp Kirkorovun “Cristal Hall”da verdiyi konsert zamanı təşkil etdikləri etiraz aksiyası olub.

Qaynarinfo.Az