
Türkiyənin Kırşehir vilayətində Qarabağ parkı açılacaq.
"Qaynarinfo"nun məlumatına görə, bu barədə millət vəkili QənirəPaşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan 22 nəfərlik Kırşehir bələdiyyə məclis üzvləri bildiriblər.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan bələdiyyə məclis üzvləri və bu bölgədən gəlmiş bir qrup millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüblər və geniş fikir mübadiləsi aparıblar. Q.Paşayeva qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib.
Qaynarinfo.Az

