
İyulun 2-də axşam saatlarında Şəki rayonundakı Kiş çayında suyun səviyyəsi qalxıb, sel suları ilə bərabər lil təbəqəsi də gətirdiyindən ərazidə gediş-gəliş məhdudlaşıb. Sel rayona və kiş kəndinə böyük ziyan vurub.
Məsələ ilə bağlı Qaynarinfo.az-a danışan Şəki şəhər icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin rəisi baş memar Taleh Alxasov rayondakı son durumla bağlı məlumat verib.
Taleh Alxasov bildirb ki, Kiş kəndinin girişində uzunluğu 74 metr olan körpünü sel dağıdıb: "Güclü yağışın nəticəsində hündürlüyü 6 metr olan sel suları kəndə xeyli ziyan vurub. Təbi fəlakət nəticəsində kəndə gedən işıq dirəkləri sıradan çıxıb. Onlar bir qismi artıq təmir olunub. Kiş kəndinə elektrik enerjisi qismən də olsa bərpa edilib".
Baş memarın sözlərinə görə, şəhəri içməli su ilə təmin edən su durbası iki kilometrlik məsafədə tamamilə dağılıb: "Kənd yollarını sel dağıtsa da alternativ yollar salınıb kəndlə əlaqəni bərpa edirik. Təbbi fəlakət nəticəsində kəntdə 40 sahibkara xeyli dərəcədə ziyan dəyib. Sahibkarlara məxsus 8-ə yaxın istiarahət evlərinə zərər dəyib, köməkçi qurğular sıradan çıxıb.
Hazırda müvafiq qurumlar dəymiş ziyanın ümumi miqdarını hesablıyırlar".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az