Xəbər lenti

Kişi arvadının qanını axıtdı
Ölkə09:07 16.08.2013

Kişi arvadının qanını axıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göygöl rayonunun Çaylı kəndi ərazisində heyvan saxlanan yataqda bıçaqlanma hadisəsi baş verib.
Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə Goranboy rayon sakini, 1971-ci il təvəllüdlü Süleyman İsgəndərov qısqanclıq zəminində həyat yoldaşı, 1973-cü il təvəllüdlü Pərvanə İsgəndərovanı bıçaqlayıb. O, ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. S. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır.
Qaynar.info