İslandiyada yanvarın 1-dən etibarən iş yerlərində kişilərə qadınlardan daha yüksək maaş verilməsi qadağan edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İslandiyada qadın və kişilərin maaş bərabərliyinin təmin edilməsi məqsədilə təklif edilən yeni qanun layihəsi parlament üzvlərinin yarısını təşkil edən qadın deputatların da iştirakı ilə böyük səs çoxluğu hesabına qəbul edilib.
Yeni qanuna əsasən istər dövlət, istərsə də özəl müəssisə rəhbərləri qadın və kişi işçilərə cinsi ayrıseçkilik qoymadan bərabər maaş ödənilməsi barədə dövlətdən sertifikat almalıdırlar. Sertifikat almayan müəssisələr qanun çərçivəsində cərimə olunacaq.
Öncədən İsveçrə və ABŞ-ın Minesota əyalətində da buna bənzər addımlar atılsa da, İslandiya bunu məcburi şəkildə həyata keçirmək yolunu seçməklə dünya ölkələri arasında maaş bərabərliyi məsələsində bir ilkə imzasını atıb.
Xatırladaq ki, İslandiya "Dünya İqtisadi Forumu"nun 2017-ci ildə yayımladığı "Qlobal Gender Bərabərsizliyi Hesabatı"nda son 9 ildə gender məsələsini ən çox gündəmə gətirən ölkə seçilib.
Ölkədə maaş bərabərliyi məsələsi hələ 2017-ci ilin mart ayında gündəmə gətirilərkən, İslandiyanın Gender və Sosial İşlər naziri Zorstein Viqlandson çıxışı zamanı sözügedən məsələyə belə münasibət bildirmişdi: "Gender bərabərliyi insanların haqqıdır. İş yerlərində kişi və qadınlara eyni münasibət göstərilməlidir. Bu hədəfimizə çatmaq üçün əlimizdən gələn hər şeyi etməliyik".
Qeyd edək ki, "International Bussiness Times" nəşrində yer alan məlumata görə, İslandiyada 323 min əhalisi olan İslandiyada bütün siyasi partiyalar bu qərarı dəstəkləyiblər.
Çingiz