Xəbər lenti

"KİV-lər üzərindən ƏDV götürülməlidir" - Deputatdan təklif
Ölkə05:52 05.01.2019

"KİV-lər üzərindən ƏDV götürülməlidir" - Deputatdan təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kütləvi informasiya vasitələri (KİV) üzərindən Əlavə Dəyər Vergisi (ƏDV) götürülməlidir.
Bu təklifi Oxu.Az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov səsləndirib.
"Bildiyiniz kimi, əvvəllər KİV-lərə ƏDV tətbiq edilmirdi. Ancaq son vaxtlar müəyyən dəyişikliklər əsasında ölkəyə gətirilən çap məhsulları və eyni zamanda, qəzet kağızı da ƏDV-yə cəlb olunur.
Mən elə bilirəm ki, bu məbləğ kifayət qədər azdır, büdcə üçün ağırlıq, yük təşkil etmir.
Ona görə də  KİV üzərindən ƏDV-ni götürməliyik”, - deyən millət vəkili bu yöndə təklifini bir daha parlamentin qarşıdan gələn yaz sessiyasında, o cümlədən hökumətin növbəti illik hesabatı zamanı səsləndirəcəyini vurğulayıb.