PSJ-nin hücumçusu Kilian Mbappe Paris klubundakı gələcəyi ilə bağlı son təklifi qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien” məlumat
yayıb.
Mənbənin sözlərinə görə, hücumçu bu yay komandada qalmaq və heç yerə getməmək qərarına gəlib. Mbappe artıq klub prezidenti Nassir Əl-Xəlaifi ilə görüş keçirib. Bu zaman o, PSJ ilə müqaviləsini sona qədər davam etdirmək niyyətində olduğunu deyib.
Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid”lə müqavilə imzaladığını bildirib.
Aydın